Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Mədəni irsimiz-Mirasımız" adlı layihə həyata keçirilmişdir

0

  •          Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin nəticələrinə əsasən, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hümbətov Şahsuvar Əhməd oğlunun "Mədəni irsimiz-Mirasımız" adlı layihəsi fərdi kateqoriya üzrə qalib gəlmişdir. Mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin şagirdlərimiz tərəfindən öyrənilməsi məqsədilə həyata keçirilən layihədə Gəncə şəhər, Samux, Göygöl və Xocalı rayonlarından 30-a qədər şagird iştirak etmiş və maarifləndirilmişdir.         Qeyd edək ki, Şahsuvar Hümbətov 15 ildir pedaqoji fəaliyyətlə məşğuldur. O, bacarıqlı və yenilikçi gənc müəllim kimi şagirdlərə öz fənnini yüksək səviyyədə tədris edir. Dərsdənkənar vaxtlarda bir çox şagirdi təmənnasız ali məktəbə hazırlaşdırır.        Şahsuvar Hümbətovu təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib30 dəfə
    "Mədəni irsimiz Mirasımız" adlı layihə həyata keçirilmişdir

    Maraqlı gələ bilər
    52
    42
    158
    19